RU

Qəbələdə qalmaqal: “Zirə”nin kapitanı ilə azarkeşlər üz-üzə gəldi – VİDEO 

Misli Premyer Liqasının II turunda keçirilən “Qəbələ” – “Zirə” oyunu (1:2) gərgin anlarla yadda qalıb.

Matçın sonlarında “Zirə”nin futbolçusu Qismət Əliyevlə ev sahibi komandanın azarkeşləri arasında mübahisə yaşanıb. Azarkeşlər futbolçuya qarşı sərt ifadələr səsləndirib, Qismət Əliyev isə emosional reaksiya göstərib.

Daha sonra təhlükəsizlik əməkdaşları vəziyyətə müdaxilə edərək tərəfləri sakitləşdirib.

Qarşılaşmadan sonra sosial şəbəkələrdə yayılan görüntülər də müzakirələrə səbəb olub. Bir qrup azarkeş futbolçunun hərəkətini düzgün hesab etməsə də, digərləri azarkeşlərin aqressivliyinə etiraz ediblər.

Qeyd edək ki, görüşdə “Zirə” “Qəbələ” üzərində 2:1 hesablı qələbə qazanıb.

İdmanxeber.az 

 

Избранный
17
idmanxeber.az

1Источники