RU

İsrail Baş Qərargahı Netanyahuya atəşkəs və girov mübadiləsi təklifini qəbul etməyə çağırdı

İsrail Müdafiə Qüvvələri Baş Qərargahının rəisi Ey’al Zamir Baş nazir Binyamin Netanyahuya Qaza zolağında atəşkəs və girov mübadiləsi barədə müzakirə olunan sazişi «derhal qəbul etməyi» tövsiyə edib.

Editor.az xəbər verir ki, Channel 13 telekanalının məlumatına görə, Zamir Hayfa şəhərindəki hərbi-dəniz bazasına səfəri zamanı Netanyahuya bildirib ki, İsrail Misir və Qətər tərəfindən irəli sürülmüş layihəni imzalamalıdır.

«Masanın üzərində saziş var. Bu, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff tərəfindən təqdim edilmiş yenilənmiş layihədir. Onu qəbul etmək lazımdır. Ordu girov mübadiləsi üçün bütün şərtləri yerinə yetirib. İndi qərar Netanyahuya məxsusdur. Qəza zamanı Qaza şəhərinin mühasirəsi girovların həyatını ciddi təhlükəyə atacaq», – deyə Zamir qeyd edib.

//Samir Qurbanov, Editor.az

Избранный
32
editor.az

1Источники