RU

Tramp: Kim Çen Inı hamıdan yaxşı tanıyıram

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla gələcəkdə görüşəcəyinə ümid edir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Ağ Evdə yeni fərmanların imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mənim Kim Çen Inla çox yaxşı münasibətim var. Mən onu demək olar ki, hamıdan yaxşı tanıyıram, yalnız bacısı istisna olmaqla. Bacısı onu çox yaxşı tanıyır. Mən onunla çox yaxşı anlaşıram, aramızda heç bir problem olmayıb", - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Şimali və Cənubi Koreya arasında gərginliyin azaldılmasına çalışacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
2
oxu.az

3Источники