RU

Rubio Avropa ölkələrinin nazirləri ilə Ukrayna münaqişəsini müzakirə etdi

BAKI, 26 avqust. TELEQRAF

ABŞ-nin dövlət katibi Marko Rubio Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna, Finlandiya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə telefon danışığı zamanı Ukrayna münaqişəsinin həllini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbətdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da iştirak edib. Söhbət zamanı tərəflər Ukrayna böhranının həlli üçün diplomatik səylər çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Söhbətin gündəliyi ilə bağlı başqa təfərrüatlar verilməyib.

Избранный
2
teleqraf.com

1Источники