Fransanın “Groupama FDJ” komandasının velosipedçisi Qillam Martin Qiionne İspaniya Vueltasının ikinci mərhələsində yıxılaraq iki fəqərəsini qırıb.
Publika.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Hadisə avqustun 24-də, bazar günü baş verib. Daha ətraflı məlumat verilməyib.