RU

Amerikalı rejissor Rusiyanın tədbirində iştirakı səbəbindən ittiham olunub

ain.az bildirir, Oxu.az portalına istinadən.

Amerikalı rejissor Vudi Allen Ukraynanın "Mirotvorets" saytında yer alıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sözügedən portalda yerləşdirilib.

Allen "Rusiyanın təcavüzünə ictimai dəstək vermək" və "Rusiyanın tədbirində şüurlu şəkildə iştirak etmək" ittihamları ilə qeyd olunub.

Belə ki, avqustun 24-də Allen Moskva Beynəlxalq Film Həftəsi çərçivəsində "Dünya kinematoqrafiyasının əfsanələri" sessiyasında onlayn formatda iştirak edib.

Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan şəxslər haqqında məlumatları dərc edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
oxu.az

1Источники