RU

Kobbi Mayn “Mançester Yunayted”dən ayrılır

BAKI, 26 avqust. TELEQRAF

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mayn transfer pəncərəsinin son günlərində komandasını dəyişə bilər.

Teleqraf "talkSPORT" nəşrinə istinadən xəbər verir ki, avqustun sonuna qədər "qırmızı şeytanlar"a futbolçu üçün təklif gəlsə, ingilis futbolçu klubdan ayrılmağı düşünəcək.

İngiltərə Premyer Liqasının ilk iki turunda “Mançester Yunayted” “Arsenal”a uduzub (0:1), “Fulhem”lə heç-heçə edib (1:1). Kobbi Mayn hər iki oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Yarımmüdafiəçinin "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, 20 yaşlı futbolçu “Mançester Yunayted”in yetirməsidir. O, əsas komandanın heyətində 72 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Избранный
14
teleqraf.com

1Источники