RU

Cənubi Koreya Prezidenti hərbi xərcləri artırmağa hazır olduğunu bildirib

Koreya Respublikasının Prezidenti Li Çje Myon hərbi xərcləri artırmağa hazır olduğunu bildirib.

"Report"un məlumatına görə, prezident bu barədə avqustun 25-də Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) forumunda çıxışı zamanı bəyan edib.

"Mən Trampla birlikdə milli maraqlar ətrafında qurulmuş praqmatik ittifaqın yeni səhifəsini açmağa hazıram. Koreya Respublikası öhdəsinə Koreya yarımadasında təhlükəsizliyin təmin edilməsində daha böyük rol götürəcək", - deyə Li Çje Myon bildirib.

"Birincisi, biz gələcək müharibələr üçün Cənubi Koreya ordusunu "ağıllı orduya" çevirmək üçün istifadə olunacaq hərbi xərclərimizi artıracağıq", - deyə o qeyd edib.

Избранный
60
1
report.az

10Источники