RU

Avtobus sürücüsü ilə sərnişin arasında dava olub – VİDEO

Bakıda 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü ilə sərnişin əlbəyaxa davaya çıxıb.

Bakues.az-ın məlumatına görə, səbəb sərnişinin ödəniş etməməsi olub.

Sərnişin kartı oxutmadan avtobusa minib, sürücü də bununla bağlı ona xəbardarlıq edib. Lakin sərnişin aqressiv reaksiya verib. Daha sonra tərəflər bir-birinə yumruq atıblar. Nəticədə sərnişinin halı pisləşib və ətrafdakılar ona yardım göstəriblər.

Baş vermiş hadisəyə polis müdaxilə edib. Hadisə ilə bağlı “BakuBus” MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, müvafiq ekspertizalar təyin olunub.

Nazirlikdən o da bildirilib ki, sərnişinlərə ictimai nəqliyyatdan istifadə edərkən qaydalara əməl etmələri tövsiyə olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Избранный
9
1
icma.az

2Источники