RU

Çində Quanqdun əyalətində 336 yeni çikungunya xəstəliyi halı qeydə alındı — Epidemiya riski qalır

Finss.az – Çin Xalq Respublikasının cənubunda yerləşən Quanqdun əyalətində bir həftə ərzində 336 yeni çikungunya xəstəliyi (Chikungunya fever) yoluxma halı aşkarlanıb.

Ən çox yoluxma Foşan şəhərində – 206, həmçinin Quanqjou şəhərində isə 62 nəfər qeydə alınıb. Bu barədə məlumatı Çin Mərkəzi Televiziyası (CCTV) yayıb.

Vəziyyət stabitdir, lakin qlobal epidemiyanın riski qalır

Mütəxəssislər qeyd edir ki, vəziyyət indilik nisbətən sabitdir, ancaq xəstəliyin yayılma ehtimalı və qlobal miqyasda epidemiyaya çevrilmə riski hələ də mövcuddur. Çikungunya virusu, əsasən Aedes aegyptiAedes albopictus ağcaqanadları vasitəsilə insanlara yoluxur və xəstəlik yüksək hərarət, oynaq ağrıları, baş ağrısı və dəri səpkiləri ilə müşahidə olunur.

2025-ci ildə çikungunya xəstəliyinin ən çox yayıldığı regionlar

2025-ci ildə bu xəstəliyin ən çox yayılması Cənubi Asiyada, Hind Okeanı adalarında, həmçinin Madaqaskar, Somali və Keniya kimi ölkələrdə müşahidə olunur. Bu bölgələrdə əhali arasında virusun yayılması sürətlidir.

 

Избранный
263
9
fins.az

10Источники