"Report" xəbər verir ki, bu barədə Tramp Ağ Evdə cənubi koreyalı həmkarı Li Ce Myon ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bəlkə də, etmək istədiyim işlərdən biri onlardan bizim böyük bir qalamız olan torpağın mülkiyyət hüququnu təhvil vermələrini xahiş etməkdir. Söhbət böyük hərbi bazadan gedir. Mən görmək istərdim ki, biz icarədən qurtula bilək, nəhəng hərbi bazamız olan torpaqlara sahib ola bilək", - o bildirib.
O, Cənubi Koreyada yerləşən ABŞ hərbçilərinin sayının azaldılması ehtimalını şərh etməkdən boyun qaçırıb: "Mən indi bu barədə danışmaq istəmirəm, çünki biz dost olmuşuq və dost olaraq qalırıq".
ABŞ Prezidenti xatırladıb ki, Koreya Respublikasında 40 mindən çox ABŞ hərbçisi var.