RU

"Qarabağ"ın oyununa təyinat alan fransız daha əvvəl… MARAQLI FAKT

"Qarabağ" və "Ferentsvaroş" arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunununa təyinat alan Kleman Tyurpen daha əvvəl bir dəfə Azərbaycan komandasının görüşünü idarə edib.

Sportinfo.az xəbər verir ki, bu, yığmanın 2016-cı ildə səfərdə Şimali İrlandiyaya qarşı keçirdiyi matça təsadüf edib.

Ədalət təmsilçisi həmin vaxt DÇ-2018-in seçmə mərhələ görüşündə iş başında olub. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

43 yaşlı hakim 2010-cu ildən beynəlxalq görüşlərə təyinat alır.

O, 2016, 2021 və 2024-cü ildə keçirilmiş Avropa çempionatlarında, 2018 və 2022-ci illərdəki mundiallarda, 2014-cü ildən bu vaxtadək isə Çempionlar Liqasının qrup mərhələsinin (hazırda Liqa mərhələsi) oyunlarını idarə edib.

"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.

Избранный
15
sportinfo.az

1Источники