"Liverpul" ötən gecə Premyer Liqanın 2-ci turunda səfərdə "Nyukasl"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, görüşdə son nöqtəni 16 yaşlı Rio Nqumoa qoyub. Onun 90+10-cu dəqiqədə vurduğu qol Mersisayd təmsilçisinə qələbə gətirib - 3:2. Bu, eyni zamanda gənc futbolçunun qırmızı formoada ilk qolu olub.

Nqumoa qələbə qolunu vuran ən 2-ci futbolçu (16 yaş 361 gün) olub. Bunu ondan öncə Ueyn Runi (16 yaş 360 gün) edə bilmişdi.