RU

Şahmatçılarımız beynəlxalq festivalda

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində Beynəlxalq Şahmat Festivalına start verilib.

İdman.biz xəbər verir ki, 71 ölkənin təmsil olunduğu festivalın əsas bölümündə Azərbaycanı Aydın Süleymanlı və Məhəmməd Muradlı təmsil edir.

Turnirin “Masters” bölümündə Read Səmədov, Xaqan Əhməd, Şiroğlan Talıbov, Süleyman Süleymanlı, Rəvan Uğuzov mübarizə aparır. “Open” yarışında isə Lalə Hüseynova, Məhəmməd Bağırov, Emil Mehrəliyev, Yaşar Şirinov çıxış edir.

Qeyd edək ki, ümumi mükafat fondu 125 min ABŞ dolları olan festival sentyabrın 1-də yekunlaşacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
4
icma.az

5Источники