Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunda qeydə alınıb.
Hərəkətdə olan "Hyundai İX35" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində maşında olan sərnişin, 1989-cu il təvəllüdlü Aynur Həsənova hadisə yerində dünyasını dəyişib.
Avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Fuad Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az