"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabena karyerasına Türkiyədə davam etdirəcək.
Sportinfo.az teleqraf-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Kayserispor"la danışıqlar aparır.
Superliqa təmsilçisi qanalı oyunçu ilə 3 illik müqavilə imzalayacaq.
Kvabena ötən mövsümün ikinci yarısını icarə əsasında "Ankaragücü" klubunda keçirib. O, 1-ci Liqada meydana çıxdığı 15 oyunda 9 qol vurub.
Ovusu Kvabena daha əvvəl "Qarabağ"la danışıqlar aparırdı. O, sabiq komandasına dönmək istəməyib.