US Open tennis turniri davam edir.

Offsideplus.az xəbər verir ki, türkiyəli tennisçi Zeynep Sönmez ilk turda Keti Volınetslə qarşılaşıb. Zeynep rəqibinə set vermədən qalib gəlib və ikinci tura yüksəlib.

Uimbldonda 3-cü tura yüksəlməyi bacaran 23 yaşlı tennisçi burda da ilk rəqibini məğlub etməyi bacarıb.

Kişilərin mübarizəsində isə turnirin favoritlərindən olan Karlos Alkaras uğurlu başlanğıcla yadda qalıb. O, ilk turda Reylli Opelkanı 3:0 hesabı ilə məğlub edib - 6:4, 7:5, 6:4.

K. Alkaras növbəti turda italiyalı Mattia Belluççi ilə qarşılaşacaq.