Ermənistanda güllə yarası alan hərbçi xəstəxanaya yerləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
"Hərbçi hazırda həkimlərin nəzarəti altındadır, həyatına təhlükə yoxdur", - məlumatda qeyd edilib.
Hadisə Geğarkunik vilayətindəki mövqelərdən birində baş verib. Əsgərin hansı şəraitdə yaralandığı hələlik məlum deyil.