RU

Milli Məclisdə Azərbaycan–Rumıniya parlamentlərarası əməkdaşlığı müzakirə olunub

Avqustun 25-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Senatının Mədəniyyət və media daimi komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev ölkəmizə səfəri çərçivəsində Nikulesku-Tsıqırlaşın Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə olmasını, “Heydər Əliyev” zirvəsinə yürüşünü yüksək dəyərləndirib.

Kristian-Auqustin Nikulesku-Tsıqırlaş Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşüb, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib.

Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamal Cəfərov, Aydın Mirzəzadə və Samir Vəliyev, Rumıniyanın Maramureş Vilayət Vəkillər Kollegiyasının rəhbəri Florin Andreykuts çıxış edərək ölkələrimiz arasında münasibətlərin yüksəksəviyyəli siyasi dialoq sayəsində uğurla inkişaf etdiyini bildiriblər.

XQ

Избранный
20
14
xalqqazeti.az

10Источники