RU

“Kəpəz”in yeni transferi: “Bunların öhdəsindən gəlməliyik” (MÜSAHİBƏ)

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

“Kəpəz”in futbolçusu Məqsəd İsayevin “Futbolpress.az”a müsahibəsi:

– 2 oyun, 2 məğlubiyyət. Nəticələri necə şərh edərdiniz?

– Komandanın formalaşmasında gecikdik. Sonradan kollektivə qoşulanlar oldu və uyğunlaşma problemi yaşayırıq. İnanıram ki, qaydasına düşəcək.

– “Karvan-Yevlax” liqaya yeni çıxıb və xal qazanmalı olduğunuz rəqiblərdən idi. Ancaq yenə uduzdunuz. Xal və ya xallar qazanmaq üçün nə çatmadı?

– Ola bilər ki, hardasa istədiklərimizi həyata keçirə bilmirik. Məncə, bunda özünəinamın da rolu var. Lakin inanıram ki, xallar yığacağıq. Çətinliyimiz var, amma düzələcək.

– Yay fasiləsində “Kəpəz”ə qoşulanlardansınız. I turun “Sumqayıt”la oyununun fasiləsində əvəzləndiniz, II turda isə “Karvan-Yevlax”a qol vurdunuz…

– Hələ tam formada deyiləm. Uyğunlaşmağımda bir az problem var və o da yavaş-yavaş düzələcək. Çalışıram ki, ən yaxşısını edim.

– Uğursuz nəticələr fonunda azarkeşlərin ciddi narazılığı var. Təzyiqlər sizdə əlavə basqı yaratmır?

– Normal haldır. İki turdur uduzuruq və azarkeşlər narazılıq etməkdə haqlıdır. Bunların öhdəsindən gəlməliyik. Hamımız bir olub, vəziyyətdən çıxacağıq, buna inanıram. Sadəcə özümüzə inamı artırmalıyıq.

– “Kəpəz”də son illər eyni tendensiya var: mövsümün əvvəli məğlubiyyətlər, sonra baş məşqçi dəyişikliyi və yekunda elitada qalmaq. Bu dəfə gedişatı dəyişə biləcəksiz?

– Belə olmasını istəmərik. Yolumuza davam etməliyik və nəticələri düzəltməliyik.

– Komandanın potensialı hansı yerlərə oynamağa ümid verir?

– Yaxşı heyətimiz var. Özümüzə inam olandan sonra nəticələr də yaxşı olacaq. Sadəcə bir qələbəyə ehtiyacımız var.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
67
futbolpress.az

1Источники