RU

Rasim Əliquliyev: Artıq yeni reallığa uyğun kibertəhlükəsizlik meydana çıxır

BAKI, 26 avqust. Teleqraf

Süni intellekt inkişaf etdikcə, təhlükə ağıllanmış olur və kibertəhlükəsizlik də onunla eyni dərəcədə, onu dəf edə bilmək üçün inkişaf etməkdədir.

Teleqraf xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, Azərbaycan İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda keçirilən “Kibernetika və informatikanın problemləri” (PCI 2025) VI beynəlxalq konfransında sualları cavabandırarkən deyib.

Rasim Əliquliyev bildirib ki, informasiya texnologiyalarının mühafizəsinin təşkili təmin edilməsə, ciddi nəticələrə gətirib çıxara bilir.
"Bu təhlükələr dövlətin ideoloji təməllərinə zərər verməyə qədər gətirib çıxara bilər. Artıq kiberdələduzluq kiminsə şəxsi kompüterindəki məlumatlara hücumla məhdudlaşmır. Hərb sahəsi indi kibertəhlükəsizliyin inkişafını şərtləndirir. Son dövrlər kibertəhlükəsizliyin qarşısında duran problemlər təkcə lokal vəzifələrdən ibarət deyil. Artıq söhbət kibersuverenlikdən gedir", o, qeyd edib.

Избранный
71
2
teleqraf.com

3Источники