RU

Tramp ABŞ Federal Ehtiyat Sisteminin üzvünü işdən çıxardı, qarşı tərəf tabe olmadı...

Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin üzvünü işdən çıxardığını elan edib, Liza Kuk isə işdən çıxarılmasına etiraz edib, istefa verməyəcəyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Liza Kuk-a ünvanladığı məktubu paylaşaraq, onu dərhal Federal Ehtiyat Sisteminin (FES) idarə heyətindən çıxarmaq qərarına gəldiyini bildirib. Tramp bunun səbəbi kimi Kukun ipoteka kreditləri zamanı saxta məlumat verməsi ehtimalını göstərib və öz konstitusion səlahiyyətlərinə istinad edərək onun vəzifəsindən uzaqlaşdırıla biləcəyini qeyd edib.

Liza Kuk isə BBC-yə açıqlamasında Trampın onu işdən çıxarmaq səlahiyyətinin olmadığını bildirib və istefa verməyəcəyini vurğulayıb.

Prezident Tramp guya məni ‘ədalətli səbəbə görə’ işdən çıxardı, amma qanuna görə belə əsaslar mövcud deyil və onun səlahiyyəti yoxdur. Mən istefa verməyəcəyəm və 2022-ci ildən bəri olduğu kimi ABŞ iqtisadiyyatını dəstəkləmək üzrə vəzifələrimi yerinə yetirməyə davam edəcəyəm”, deyə Kuk vurğulayıb.

Hazırda FES Trampın açıqlamasına rəsmi münasibət bildirməyib. Son həftələrdə ABŞ prezidenti xüsusilə FES-in rəhbəri Cerom Pauellə bağlı təzyiqlərini artırıb və mərkəzi bankın faiz dərəcələrini aşağı salmaq istəməməsinə etiraz edib.

FES hazırda faiz dərəcəsini 2024-cü ilin dekabrından 4,25-4,5% səviyyəsində saxlayır. Liza Kuk-un işdən çıxarılmaq cəhdi, FES-in 111 illik tarixində ilk dəfə olaraq belə bir hadisə kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
26
poliqon.info

1Источники