RU

Texnologiya varsa, təhlükəsizlik də təmin olunmalıdır 

Süni intellekt nə qədər inkişaf etsə də, onun təhlükəsizliyi kibertəhlükəsizlik olmadan təmin oluna bilməz.

AzEdu.az xəbər verir ki, bu fikirləri “Kibernetika və İnformatikanın Problemləri” (PCI 2025) mövzusunda 6-cı beynəlxalq konfransında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. Əminağa Sadıqov qeyd edib.

“Texnologiya varsa, təhlükəsizlik təmin olunmalıdır. Süni intellekt nə qədər potensiala malikdirsə, kibertəhlükəsizlik də eyni dərəcədə vacibdir. Artıq klassik kibertəhlükəsizlik anlayışı geridə qalıb, yeni nəsil təhlükələr meydana çıxır. Söhbət sadəcə kiminsə kompüterinə girməkdən yox, nüvə stansiyalarını, iri sistemləri sıradan çıxarmaq təhlükəsindən gedir”.

Onun sözlərinə görə, kibertəhlükəsizlik müasir müharibələrdə də ciddi rol oynayır və bu prosesin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.

Избранный
9
azedu.az

1Источники