RU

Həsən Həsənli: “Ölkəmizi dünyaya tanıtmaq üçün velosiped idmanı mühüm vasitədir”

"Ölkənin gözəl guşələrini dünyaya təqdim etmək üçün velosiped idman növü çox mükəmməl seçimdir".

News24.az xəbər verir ki, bunu avqustun 26-da Azərbaycan Velosiped İdmanı Federasiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə bölgələrdə velosiped idmanının inkişafı sahəsində fəaliyyət göstərəcək məşqçilər üçün keçirilən təlim kurslarının açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

Nazir müavini bildirib ki, velosiped idmanı yalnız idman sahəsi kimi deyil, həm də turizm və ölkənin beynəlxalq tanıdılması baxımından mühüm imkanlar yaradır:

"Azərbaycanın hər bölgəsi gözəl təbiətə və turizm potensialına malikdir. Bu imkanlardan düzgün istifadə edərək ölkəmizi dünyaya tanıtmaq üçün velosiped idmanı çox böyük əhəmiyyət kəsb edir. Əsas məqsəd gənclərdə bu sahəyə maraq yaratmaq, onları sağlam həyat tərzinə yönləndirmək və yeni idmançılar yetişdirməkdir”, – Həsən Həsənli vurğulayıb.

Aqil Qarayev

Избранный
33
1
news24.az

2Источники