RU

Avstraliya İranla diplomatik əlaqələri kəsib  

Avstraliya İranın bu ölkədəki səfirini və daha üç diplomatı ölkədən çıxarır. Bundan əlavə, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb, bütün avstraliyalı diplomatlar artıq İranı tərk ediblər.

AZƏRTAC ABC telekanalının məlumatına istinadla xəbər verir ki, Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı Kanberranı Tehranla diplomatik əlaqələri kəsməyə vadar edən Avstraliya torpağında ən azı iki antisemit hücumun arxasında İranın olduğuna inanır.

Kəşfiyyat agentliyi bildirir ki, ötən il Melburn sinaqoquna və Sidney restoranına edilən hücumların arxasında İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) dayanıb.

Avstraliyanın Baş naziri Entoni Albanese deyib: “Avstraliyalılar iki şey istəyir. Onlar Yaxın Şərqdəki münaqişənin dayandırılmasını istəyir və bu münaqişənin Avstraliyaya sıçramasını arzu etmirlər”.

Xarici işlər naziri Penni Vonq deyib ki, Avstraliya İkinci Dünya müharibəsindən sonra ilk dəfə xarici səfiri ölkədən çıxarıb.

Bununla belə, səfir Əhməd Sadiqi və İran diplomatik missiyasının üç əməkdaşından 7 gün ərzində Avstraliyanı tərk etmək tələb olunub.

Rəsmi Tehran hələ ki, iddialara münasibət bildirməyib.

Избранный
3
2
azerbaijan-news.az

3Источники