RU

LAÇIN. QAYIDIŞ GÜNÜN MÜBARƏK!



Nə gözəl müjdəylə dönürsən yenə,
Cənnət Qarabağın sonası Laçın!
Ağ tülə bürünüb,yaz havasında,
Əlində toy-bayram hənası Laçın!

Silinib illərin dərd qırışığı,
Qonub gül üzünə günəş işığı.
Sad elə ,sevindir Sarı Aşığı ,
Sənsən el-obanın anası , Laçın!

Çal tar-kamanını,oxunsun "Şur"un,
Yaysın Qızılboğaz zirvədən nurun.
Qələbə bayrağı sancan qürurun,
Dağılıb,sökülməz qalası , Laçın!

Yetir Məhəbbətin ruhun dağlara,
Qayıt sazlı-sözlü,ötən çağlara.
İsti nəfəs verib buz ocaqlara,
Sinəndi hər dərdə yanası ,Laçın!

Düşmənin belini qırdı hünərin,
Çoşub sevincindən,daşdı Həkərin.
Zəfər nidasısan qalib əsgərin!
Şanlı tariximin xanası , Laçın!





Избранный
20
aia.az

1Источники