BAKI, 26 avqust. TELEQRAF
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev İmaddədin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətiriləcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Anar Rzayev Teleqraf-a açıqlamasında bu məsələdən xəbəri olmadığını deyib.
"İmaddədin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətirilməsindən xəbərim yoxdur. Ona görə də hər hansı fikir bildirə bilmirəm. Hazırda bağdayam və məzuniyyətdəyəm", - deyə o, əlavə edib.
Qeyd edək ki, bu barədə ilk xəbəri APA yayıb.