RU

İran səfiri deportasiya edildi: Diplomatik əlaqələr kəsildi

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Avstraliyadakı səfiri Əhməd Sadiqi “persona non-grata” (arzuolunmaz şəxs) elan edilərək ölkədən deportasiya edilib.

Publika.az xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanese açıqlama yayıb.

Qərarın səbəbi ötən il Melburndakı sinaqoq və Sidneydəki “Lewis Continental” restoranına edilən hücumlarla bağlıdır. Albanese bildirib ki, Avstraliya Milli Təhlükəsizlik Agentliyi (ASIO) hücumların arxasında İran hökumətinin dayandığına dair etibarlı kəşfiyyat məlumatı əldə edib. Sezar pizza

Baş nazirin sözlərinə görə, Sadiqi ilə yanaşı üç digər iranlı diplomat da “persona non-grata” elan edilib və onların 7 gün ərzində ölkəni tərk etməsi tələb olunub. Albanese vəziyyəti “tamamilə qəbuledilməz” adlandırıb: "Bunlar Avstraliya torpağında xarici bir ölkə tərəfindən həyata keçirilən son dərəcə təhlükəli fəaliyyətlərdir".

ASIO-nun baş direktoru Mayk Burgess də açıqlamasında hücumların İran hökumətinin sifarişi ilə muzdlu şəxslər tərəfindən təşkil edildiyini iddia edib. Onun sözlərinə görə, Avstraliyada fəaliyyət göstərən digər İran diplomatları birbaşa bu hücumlarda iştirak etməsələr də, İranın əli ola biləcək digər hadisələr barədə araşdırmalar aparılacaq.

Bundan əlavə, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb və bütün avstraliyalı diplomatlar İrandan çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
yenisabah.az

3Источники