RU

600-dən yuxarı bal toplayan 127 gənc Qarabağ Universitetini seçdi

Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanan ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən, 2025/2026-cı tədris ili üçün Qarabağ Universitetinə qəbul olunanlar arasında yüksək akademik göstəricilərə malik tələbələrin sayı əvvəlki illə müqayisədə artıb.

Avtosfer.az xəbər verir ki, 600-dən yuxarı bal toplayan 127 nəfər gənc Qarabağ Universitetinin tələbəsi adını qazanıb. Bu göstərici ötən tədris ilində 101 nəfər təşkil edirdi. Eyni zamanda cari ildə Respublika fənn olimpiadalarının 5 qalibi Qarabağ Universitetinə müsabiqədənkənar qəbul olunub. Ötən il bu göstərici isə 1 nəfər idi.

 

Cari ildə Qarabağ Universitetinin tələbəsi adını qazanan 205 nəfər ali təhsil müəssisələrinə qəbul imtahanında 501-600 bal, 281 nəfər isə 401-500 aralığında nəticə göstərib. Beləliklə, 500+ bal toplayan 332 abituriyent, 400+ bal toplayan 613 abituriyent Qarabağ Universitetinin tələbəsi adını qazanıb.

Universitet üzrə ən yüksək qəbul göstəricisi 683,9 balla “Tibb” ixtisasına qəbul olunan tələbəyə məxsusdur.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında fəaliyyətə başlamış Qarabağ Universitetində tələbə qəbulu üzrə başlıca məqsəd ayrı-ayrı ixtisaslarda orta qəbul balını artırmaqla universitetə yüksək keyfyyətli tələbə kontingentini cəlb etməkdir.

Xatırladaq ki, Qarabağ Universitetində tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Избранный
29
16
avtosfer.az

10Источники