RU

600-dən yuxarı bal toplayan 127 gənc Qarabağ Universitetini seçib

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən, 2025/2026-cı tədris ili üçün Qarabağ Universitetinə qəbul olunanlar arasında yüksək akademik göstəricilərə malik tələbələrin sayı əvvəlki illə müqayisədə artıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, 600-dən yuxarı bal toplayan 127 nəfər gənc Qarabağ Universitetinin tələbəsi adını qazanıb. Bu göstərici ötən tədris ilində 101 nəfər təşkil edirdi. Eyni zamanda cari ildə Respublika fənn olimpiadalarının 5 qalibi Qarabağ Universitetinə müsabiqədənkənar qəbul olunub. Ötən il bu göstərici isə 1 nəfər idi.

Cari ildə Qarabağ Universitetinin tələbəsi adını qazanan 205 nəfər ali təhsil müəssisələrinə qəbul imtahanında 501-600 bal, 281 nəfər isə 401-500 aralığında nəticə göstərib. Beləliklə, 500+ bal toplayan 332 abituriyent, 400+ bal toplayan 613 abituriyent Qarabağ Universitetinin tələbəsi adını qazanıb.

Universitet üzrə ən yüksək qəbul göstəricisi 683,9 balla "Tibb" ixtisasına qəbul olunan tələbəyə məxsusdur.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında fəaliyyətə başlamış Qarabağ Universitetində tələbə qəbulu üzrə başlıca məqsəd ayrı-ayrı ixtisaslarda orta qəbul balını artırmaqla universitetə yüksək keyfyyətli tələbə kontingentini cəlb etməkdir.

Xatırladaq ki, Qarabağ Universitetində tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Избранный
25
16
far.az

10Источники