RU

“Gəl, istefa ərizəni yaz, get!”  deyəcəkdilər - Uduzsaydılar...

Yenə qara buludlar Elmar Baxşıyevin başının üstünü alıb.«Turan Tovuz»a uduzsaydılar, gecəylə klubun ofisinə çağırılacaqdı - gəl, istefa ərizəni yaz, get!
2:1 onu yerində tutdu, laxlayan kreslosunun bir ayağına mismar vurdu.
Kristian Avram baş məşqçisini qorudu, postunda saxladdı, buradakı ömrünü uzatdı.
Moldovalı qapıçı qarşılaşmanın ən yaxşısı idi. Dəfələrlə yoldaşlarını qol məyusluğundan xilas etdi. Avram qurtarışları ilə «Araz»ı böyükhesablı məğlubiyyətdən qurtardı, oyunun gedişatını dəyişdi.
“Araz-Naxçıvan”ın heyətində ən zəif oyunu Rahil Məmmədov keçirdi. «Radomyak»dan gəlmiş «Neftçi»nin yetirməsi mövqe səhvləri və topa yersiz müdaxilələri ilə yadda qaldı. «Araz»ın qapısına təyin olunan penaltiyə səbəbkar da o oldu: havada bərk quran topa ayaqla getdi. Bu, aylıq qazancı 10 min dolları keçən müdafiəçinin futbolla karateni səhv saldığı an idi.
İqor Ribeyro. Elmar Baxşıyev klub rəhbərliyinin ondan xəbərsiz «Neftçi»yə satdığı braziliyalı müdafiəçini hələ uzun müddət yaddan çıxara bilməyəcək. Ribeyronun yoxluğunu kiminlə dolduracaq, ümumiyyətlə, doldura biləcəkmi? Bu, tezliklə cavabını tapacaq suala oxşamır. Ribeyro təcrübəsi və soyuqqanlığı ilə onunla eyni xətdə çıxış edənlərin səhvlərini düzəldir, sığortalayırdı. İndi bunu eləyə, ağır yükü qaldıra bilən yoxdur, heç kim gözə dəymir.

MUSA

Избранный
12
sportinfo.az

1Источники