RU

“Mən öz istədiyimə qəbul olmaq istəyirəm” prinsipi doğru deyil”

"Gənclərin təhsil alması, düzgün ixtisaslaşma və gələcək peşə üzrə seçim etməklə bağlı ciddi problem var. Çünki maarifəndirmə məsələsi çox zəifdir. Düzgün, istiqamətverici, peşəkar mütəxəssis yoxdur. Olan mütəxəssislər də əsasən öz maraqlarına xidmət edirlər”.

Bu sözləri "Yeni Sabah"a açıqlamasında təhsil ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, “mən öz istədiyimə qəbul olmaq istəyirəm” prinsipi doğru deyil: Marqarita pizza

“Gənclər, təəssüf ki, qərar qəbul edərkən, səhv qərar verirlər. Onlar hələ də fərqində deyillər ki, insan üçün 1 dəqiqənin belə hökmü var. Hansısa ixtisas, yaxud universitetlə bağlı 1 il əlavə vaxt itirməyin mənası yoxdur. “Mən öz istədiyimə qəbul olmaq istəyirəm” prinsipi doğru deyil. Çünki hazırki vəziyyətdə məsələn, istədiyimiz universitetin mühasibatlıq ixtisasına qəbul ola bilmiriksə, başqa bir ali məktəbin analoji ixtisasına qəbul ola bilərik. Əsas ixtisası istəyiriksə, o ixtisasın harada olmasından asılı olmayaraq, ilk növbədə, qəbul olduğumuz universitetdə həmin ixtisası öyrənməliyik.

Ola bilər magistratura pilləsində istədiyimiz univeristetin istədiyimiz ixtisasına qəbul ola bilərik. Məsələn, bir nəfər 518 balla kənarda qalan abituriyent var, deyir ki, Azərbaycan Dillər Universitetində (ADU) alman dili tərcüməni istəyirdim. Bu alman dili ixtsası olmasın ADU-da olmasın, Bakı Slavyan Universitetində olsun. Əgər məqsəd həmin ixtisası qazanmaqdırsa, universitet fərqi olmadan o ixtisası qazanmaq lazımdır. Yəni abituriyentlərin bu cür yanaşması fikrimcə, doğru deyil”. 

Ekspert vurğulayıb ki, əgər abituriyent istədiyi ali məktəbə qəbul ola bilmirsə, peşə, kollec təhsilinə də yönələ bilər:

“Ümumən isə, gənclərin təhsil alması, düzgün ixtisaslaşma və gələcək peşə üzrə seçim etməklə bağlı çox ciddi problem yaşanır. Çünki maarifəndirmə məsələsi çox zəifdir. Düzgün, istiqamətverici, peşəkar mütəxəssis yoxdur. Olan mütəxəssislər də əsasən, öz maraqlarına xidmət edirlər. Nəticədə, gənclər ixtisasların iş potensialı, gələcək perspektivini sorğulamadan kor-təbii formada seçimlər edirlər. 4 sonra isə əmək bazarında “işsizlər ordusu” meydana gəlir.

Düşünürəm ki, bu istiqamətdə Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi səmərəli işlər aparmalıdır. Orta məktəblərdə təhsil alan şagirdlər 10-11-ci siniflərdə artıq ixtisaslaşma ilə bağlı müəyyən məlumatlar əldə etməlidirlər. Əgər şagird istədiyi ali məktəbə qəbul ola bilmirsə, peşə, kollec təhsilinə də yönələ bilər.

Bu gün fərqli-fərqli sahələr üzrə kifayət qədər bacarıqlı və öz işinin peşəkarı şəxs var. Onlar aşbaz, elektik mühəndisi, avtomobil təmirçisi kimi kifayət qədər təcrübəyə sahibdirlər və öz kariyeralarını daha yaxşı qurublar”.

Qeyd edək ki, 3 gün əvvəl elan edilən ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 88 756 abituriyentdən 57 236 nəfəri qəbul olunub. 31 520 nəfər isə tələbə adını qazana bilməyib. Universitetə qəbul ola bilməyənlər arasında 500-600-dən çox bal toplayan abituriyentlər də var.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
3
1
yenisabah.az

2Источники