RU

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovla görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmovla görüşüb. 

Ölkə Prezidentinin çağırışları və müasir dövrün reallıqlarına uyğun olaraq 2023-cü ilin yanvar ayında AMEA-da Elektron Akademiya şöbəsinin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiyada rəqəmsal texnologiya və süni intellektin tətbiqi, həmçinin elmi qurumun elektron sənəd dövriyyəsi və elektron-elm sahəsində fəaliyyəti, bu sahə üzrə aparılan elmi tədqiqatlar, görülən işlər barədə danışıb. AMEA-nın elmi bölmə və mərkəzlərində, elmi-tədqiqat institutlarında, müəssisə və təşkilatlarında da Elektron xidmətlər şöbələrinin yaradıldığını vurğulayan akademik İsa Həbibbəyli bu məqsədlə fəaliyyətin daha da genişləndiriləcəyini vurğulayıb. AMEA rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalr Mərkəzi” ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Xüsusilə “İnnovasiyalr Mərkəzi” MMC-nin tabeliyində fəaliyyət göstərən “ASAN Süni intellekt Mərkəzi” ilə əməkdaşlığın yaradılmasının perspektivlərini xüsusi dəyərləndirib. 

XQ xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov çıxış edərək rəhbərlik etdiyi qurumun tabeliyində yaradılmış  “ASAN Süni intellekt Mərkəzi”nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Mərkəzlə AMEA-nın əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını vurğulayan Vüsal Rüstəmov AMEA-nın elmi qurumları ilə birgə fəaliyyətin səmərəliliyinə əminliyini ifadə edib. Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə bir sıra elm sahələri üzrə birgə əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətindən bəhs edib.

AMEA Rəyasət Heyəti aoparatının Elektron Akademiya şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri, Elektron Akademiya şöbəsinin baş mütəxəssisi texnika üzrə fəlsəfə doktoru Tuncay Həbibbəyli isə süni intellekt, rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.

Sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov və direktorun müaşviri Ləman Əhmədova Elektron Akademiya şöbəsinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara şöbənin fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Избранный
11
1
xalqqazeti.az

2Источники