Salyan şəhərində çörək sexində yanğın baş verib.
FHN-dən FED.az-a verilən məlumata görə, şəhərdə ümumi sahəsi 340 m² olan çörək sexinin yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.