RU

“Hizbullah” İsrail atəşi dayandırana qədər tərksilah olmayacaq

ain.az, Oxumeni.az portalına istinadən məlumat verir.

“Hizbullah” İsrail atəşi dayandırana qədər tərksilah olmayacaq

“Reuters” xəbər verir ki, “Hizbullah” şiə qruplaşmasının lideri Naim Qassem tərksilahı rədd edib və Livan hökumətindən ilk növbədə İsraildən atəşkəs təmin etməyi tələb edib.

Cənab Qassem 2024-cü ilin noyabrında imzalanmış sazişə toxunaraq vurğulayıb ki, milli müdafiə strategiyası ilə bağlı müzakirələr yalnız İsrail öz öhdəliklərini yerinə yetirdikdən sonra mümkün olacaq.

İsrail və Livan 2024-cü il noyabrın 27-də ABŞ və digər ölkələrin vasitəçiliyi ilə atəşkəs sazişi imzalayıb. Bir həftə sonra İsrail Müdafiə Qüvvələri (IDF) onu təxminən 60 dəfə pozdu. Ötən gün İsrailin baş naziri Benyamin Netanyahu Hizbullahı tərksilah etməkdə Livana dəstək verməyə və “hər iki ölkə üçün sabit gələcəyə” nail olmaq üçün birgə işləməyə hazır olduğunu qeyd edib.

Əziz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
89
31
oxumeni.az

10Источники