RU

Dövlətə vergi borcu olan QSC yenidən təşkil olunur

"Caspian Steel Corporation" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yenidən təşkil olunur.

Kommersant.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Belə ki, “Caspian Steel Corporation” Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişərək, “Caspian Steel Corporation” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi yenidən təşkil olunduğunu elan edib.

Qeyd edək ki, şirkətin hazırda dövlətə hazırda 8 min 546 manat 27 qəpik vergi borcu var.

"Caspian Steel Corporation" QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 100 manat olan QSC-nin qanuni təmsilçisi Vəliyev Anar Əlabbas oğludur.

Избранный
28
1
kommersant.az

2Источники