RU

“Qızım gördü ki, atasını öldürür, gedib evdən bıçaq gətirdi”

  Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə ana ilə oğlu - Nazlı Paşayeva və Orxan Paşayev bıçaqlanıb, ailənin gəlini Aygün Məmmədova saxlanılıb.

Referans -ın məlumatına görə, A.Məmmədovanın anası İlhamə Abdullayeva ATV-yə bildirib ki, qızı atasını müdafiə etmək məqsədilə bu addımı atıb.

"Qızım gördü ki, atasını öldürür, getdi evdən bıçağı gətirdi. Orxanın ayağından, ya hansı nahiyəsindən dəyib bilmirəm. Birdə gördüm ki, Nazlı gəldi, qızımın yaxasından yapışıb geri çəkmək istəyəndə Nazlı özü də yerə yıxıldı, qızım da onun üstünə yıxıldı. Həmin vaxt da bıçaq onun qolunu kəsdi",- İ.Abdullayeva bildirib.

Qeyd edək ki, ana və oğul bıçaq xəsarəti ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir. 

 
Saxlanılan 31 yaşlı A.Məmmədova isə iki uşaq anasıdır. /Atv Xəbər  

Избранный
33
7
referans.az

8Источники