RU

"Şəmkir" 15 günlük təlim-məşq toplanışını yekunlaşdırdı

2-ci Liqa təmsilçisi "Şəmkir" yeni mövsümün hazırlıqlarını davam etdirir.

Fanat.Az-a klubdan verilən məlumata görə, qərb təmsilçisi artıq 3 yoxlama oyunu da keçirib.

Avqustun 10-dan baş məşqçi Vüqar Nadirovun rəhbərliyi altında təlim-məşq toplanışına başlayan kollektiv dünən hazırlığın bu mərhələsini yekunlaşdırıb. Toplanış dönəmində gündə iki məşq edən şəmkirlilər səhərlər təmsil etdikləri şəhərdə, axşamlar Göygöldə çalışıblar. Nadirovun yetirmələri avqustun 20-də "Ağstafa Gəncləri" (10:0), 22-də "Turan Tovuz"un U-19 komandası (5:0), 25-də isə "Göygöl" ilə (3:1) sınaq qarşılaşmasına çıxıblar.  

Xatırladaq ki, "Şəmkir" ötən mövsüm 2-ci Liqadakı mübarizəni 50 xalla 5-ci yerdə başa vurub. 

Nihat

Избранный
13
fanat.az

1Источники