Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı oyundan əvvəl “Ferentsvaroş”un prezidenti Qabor Kubatov sosial şəbəkə hesabında paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o futbolçularından qeyri-adi performans göstərmələrini istəyib.
Klub rəhbəri rəsmi feysbuk səhifəsində bu sözləri yazıb: “Hələ də özümüzü sübut etmək şansımız var. Hər bir oyunçudan qeyri-adi, super-qəhrəman kimi performans tələb olunur. Ancaq onda irəliləmək şansımız olacaq”.
Xatırladaq ki, ilk görüşdə “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.