RU

Türkiyə lideri: Bu dəfə heç kim bizi dayandıra bilməyəcək

“Terrorsuz Türkiyə” prosesini uğurla sona çatdıracağıq, heç kim bunun qarşısını ala bilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird döyüşünün 954-cü ildönümü ilə əlaqədar çıxışında deyib.

“Nifaq divarlarını yıxmaq üçün başlatdığımız “Terrorsuz Türkiyə” prosesində qısa müddətdə əhəmiyyətli irəliləyiş əldə etmişik. Bütün qurumlarımız öz işlərini zərgər dəqiqliyi ilə həyata keçirirlər. Millətimiz əxlaqsız gündəmlərlə prosesi zəhərləməyə çalışanları nəzərə alır. Nə edirlər-etsinlər, bu dəfə bacarmayacaqlar. Bu dəfə heç kim bu ümid havasının qarşısını ala bilməyəcək”, - prezident vurğulayıb.
Избранный
38
2
sherg.az

3Источники