RU

Şeydayevə qapılar bağlandı: nə əsas heyət, nə də əvəzedici

“Neftçi”nin hücumçusu Ramil Şeydayevin əvəzedici heyətə göndərilməsindən xəbərdarsınız. Baş məşqçi Samir Abasovun planlarına daxil olmayan oyunçu əsas komandaya buraxılmır. 

Ancaq “ağ-qaralar” Şeydayevi əvəzedici heyətə yollamaqla yetinməyib. Futbolçunu ümumiyyətlə, klubdan təcrid edib. Belə ki, millimizin forvardı B komandası ilə də məşqlərdə iştirak etmir. Rəhbərlik buna da icazə verməyib.

Ramil klub bazasında fərdi şəkildə çalışır. Hətta onun təbii örtüklü meydançaya çıxması da qadağındır. Təcrübəli forvard süni meydançada tək başına məşqlərə davam edir. 

“Neftçi”də qalması üçün maaşının azaldılması istənən oyunçu bu təklifi qəbul etməmişdi. Abasovun da heyətində yer almayan hücumçu klub tərəfindən bu şəkildə cəzalandırılır. Millimizin forvardının “Neftçi”dəki gələcəyi qeyri-müəyyəndir. 

Həsən Qulzuadə / İdmanxeber.az

Избранный
18
1
idmanxeber.az

2Источники