Bakı. Trend:
Bu ilin 1-ci yarımilində Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarında 1 601 yeni iş yeri açılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 615 vahid və ya 62,4% çoxdur.
Məlumata görə, hesabat dövründə Qarabağda 1 040 (87,7% çox),Şərqi Zəngəzurda isə 561 (29,9% çox) yeni iş yerləri yaradılıb.
Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çoxiş yeri Xankəndinin (385), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isəLaçın rayonunun (244) payına düşüb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 2025-ci ilinyanvar-iyun ayları ərzində yeni yaradılan iş yerlərinə dairgöstəriciləri təqdim edirik:
Qarabağ iqtisadi rayonu | 1040 |
Xankəndi şəhəri | 385 |
Ağcabədi rayonu | 49 |
Ağdam rayonu | 102 |
Ağdərə rayonu | 18 |
Bərdə rayonu | 82 |
Füzuli rayonu | 56 |
Xocalı rayonu | 73 |
Xocavənd rayonu | 29 |
Şuşa rayonu | 17 |
Tərtər rayonu | 229 |
Şərqi Zəngəzur iqtisadi rayonu | 561 |
Cəbrayıl rayonu | 106 |
Kəlbəcər rayonu | 160 |
Qubadlı rayonu | 40 |
Laçın rayonu | 244 |
Zəngilan rayonu | 11 |
Ümumilikdə, 2025-ci ilin altı ayı ərzində Azərbaycanda 48,9 minyeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92,1faizi qeyridövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin74,7 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan MuxtarRespublikasının, 24,2 faizi digər regionların, o cümlədən 8,3 faiziAbşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3faizi Gəncə-Daşkəsən, 2,1 faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara,1,1 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,0 faiziŞirvan-Salyan, 0,8 faizi Qazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və0,5 faizi Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisəvə təşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faiziisə digər tədbirlər üzrə yaradılıb.
Bundan başqa, 2025-ci ilin birinci yarımili ərzində ölkədə 4,3min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 53,4 faiziqeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 24,2 faizimüəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 75,8faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılanixtisarlar ilə əlaqədar bağlanıb.