RU

ABŞ-də hava yolu şirkəti kilolu sərnişinlərdən iki oturacaq haqqı alacaq

Amerikanın hava yolu şirkəti "Southwest Airlines", 27 yanvar tarixindən etibarən oturacaq qollarına sığmayan sərnişinlərin əvvəlcədən ikinci bir oturacaq almasını məcburi edəcək. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, şirkət həmin tarixdə nömrəli oturacaq sisteminə də keçəcək.

Hazırkı qaydalara əsasən, artıq çəkili sərnişinlər istəsələr əlavə oturacağı əvvəlcədən alıb pulunu geri ala bilər və ya hava limanında pulsuz tələb edə bilirdilər. 

Southwest açıqlamasında bildirib: "Əvvəllər əlavə oturacaq siyasətindən istifadə edən sərnişinlərə rezervasiya zamanı ikinci oturacağı almaları lazım olduğunu bildiririk"

Əgər uçuş tam dolu deyilsə və uçuşdan sonra 90 gün ərzində müraciət edilərsə, şirkət geri ödəmənin bu hallarda mümkün olacağını qeyd edib.

Избранный
64
4
operativmm.az

4Источники