RU

Trampdan ABŞ bayrağı ilə bağlı sərt qərar

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin siyasi ifadə azadlığı ilə bağlı mövcud qərarına baxmayaraq, ölkə bayrağının yandırılmasını cinayət hesab edən fərman imzalayıb.

Milli.Az xəbər verir ki, Trampın sözlərinə görə, administrasiya bayrağa hörməti və onun toxunulmazlığını qorumaq üçün xüsusi tədbirlər görəcək.

Prezident bildirib ki, ölkənin əsas simvolunu ləkələyən, zorakılığa sövq edən və ya qanunu başqa yollarla pozan şəxslər məsuliyyətə cəlb ediləcək.

Qeyd edək ki, fərmanda həbs müddəti və cəzanın detalları açıqlanmayıb.

Fidan
Milli.Az

Избранный
20
milli.az

1Источники