Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Difai"nin baş məşqçisi Araz Bağırov postundan ayrılıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, son yoxlama oyununda "Səbail"ə 2:7 hesabı ilə yenilən "fədailər"in çalışdırıcısı vəzifəsi ilə vidalaşmağı uyğun sayıb.
Səbəb isə yalnız "dənizçilər"lə görüşdə qeydə alınan nəticə deyil. Rəhbərliyin öncədən verdiyi müxtəlif vədləri yerinə yetirməməsi mütəxəssisin istefasını şərtləndirib.
Xatırladaq ki, ötən mövsüm 1-ci Liqada 9-cu yeri tutan "Difai" 2-ci Liqanı 4-cü sırada tamamlayan "Quba" ilə pley-off matçına çıxmış, 3:1 hesablı qələbə qazanaraq çempionatdakı yerini qorumuşdu. Araz Bağırov bu yay komandanın "sükanı arxası"na gətirilmişdi.
Nihat
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.