RU

İraq qərar verdi: azərbaycanlı qadın və uşaqlar ölkəyə göndərilir

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İraq hakimiyyəti hazırda həbsdə olan yüzlərlə əcnəbi qadın və onların uşaqlarını azad edərək vətənlərinə qaytarmağı planlaşdırır.

Modern.az-ın məlumatına görə, onların böyük qismi “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləri ilə evlilik və ya yaxınlıqda ittiham olunaraq həbsə atılıb.

İraq təhlükəsizlik qurumunun nümayəndəsinin sözlərinə görə, həbsdə olanların əksəriyyəti Rusiyadan, Türkiyədən və Azərbaycandan olan qadınlardır. Onların bir çoxu İŞİD üzvü olan şəxslərin həyat yoldaşlarıdır.

Məlumata görə, ölüm hökmünə məhkum olunan qadınlar azad olunmayacaq. Amma İŞİD-lə əlaqədə və ya müxtəlif cinayətlərdə ittiham edilərək həbs olunan qadınlar və onların uşaqları geri göndəriləcək. Hazırda İraq həbsxanalarında təxminən 625 əcnəbi qadın və 60 uşaq saxlanılır.

İraq hökuməti artıq xüsusi komitə yaradıb və onlara xarici məhbusların mərhələli şəkildə azad edilməsi ilə bağlı plan hazırlamaq tapşırılıb. Bu addım ölkə həbsxanalarının həddindən artıq dolu olması ilə bağlıdır. Rəsmi məlumatlara görə, hazırda İraqın 31 həbsxanasında 65 min məhbus var. Halbuki sistem yalnız 30-35 min nəfərlik tutuma hesablanıb.

Məlumatda dəqiq say açıqlanmasa da, azərbaycanlı qadınların da siyahıda çoxluq təşkil etdiyi bildirilir. Onların arasında müxtəlif illərdə Suriyaya və İraqa gedərək orada İŞİD üzvləri ilə nikaha girən və ya məcburi şəkildə həmin bölgələrdə saxlanılan şəxslərin olduğu qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
2
modern.az

3Источники