Bavariya pivə zavodu OeTTINGER-in rəhbəri Stefan Blaşçak bildirib ki, Almaniyada “pivə istehsalı dünyası” çökür.
Doğru.az xəbər verir ki, onun sözlərinə görə, pivə satışları hər il 2-3% azalır.
Augsburger Allgemeine-ə verdiyi müsahibədə Blaşçak 2025-ci ildə bazarın 7-7,5% azaldığını və istehsalın 2,6 milyon hektolitr, yəni gündə təxminən 3 milyon qutu azalmasını qeyd edib.
“Sağlamlığa daha çox diqqət yetirən nəsil yetişir. Kiçik şirkətlər demək olar ki, hər gün müflis olur və bu, böyük şirkətlərə də təsir edəcək”, – deyə o bildirib.
Məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında Çin ilk dəfə Rusiyaya ənənəvi ən böyük pivə tədarükçüləri olan Almaniya və Çexiyanı qabaqlayıb. Bundan başqa, Rusiyada Koreya Xalq Demokratik Respublikasında istehsal olunan pivə də satışa çıxarılıb.
DOĞRU.AZ