RU

Şəhriyar Əliyevin adı Araz Naxçıvan la görüşdə niyə iştirak ərizəsində olmayıb?

sport24.az saytına istinadən ain.az xəbər verir.

"İlk turda "İmişli"yə qalib gəlsək də, ötən həftə "Araz-Naxçıvan"a məğlub olduq. Mövsümün əvvəli bütün komandalar üçün çətin keçir". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan-Tovuz"un futbolçusu Şəhriyar Əliyev deyib."Boz qurdlar"ın kapitanı "Araz-Naxçıvan"la oyunda adının iştirak ərizəsində olmamasının səbəbini açıqlayıb:"Araz-Naxçıvan"la oyunda pis oynamadıq. Qol epizodlarından istifadə edə bilmədik, rəqib isə əksinə, standart vəziyyətlərdən sonra qollarını vurdu. Geridönüş eləmək çətin oldu. Kurban Berdiyevlə söhbətimiz olub. Uzun müddət zədəli oldum. Təlim-məşq toplanışından ailə məsələsinə görə tez qayıdası oldum. Normal hazırlıq keçə bilmədim. Ötən həftə xəstələndim, 4-5 gün komanda ilə məşq etmədim. 39.5 qızdırma var idi. Çox ağır xəstəlik keçirirdim. Artıq sağalmışam və məşqlərə başlamışam. Baş məşqçi mənə inanır və tezliklə forma yığıb heyətə düşməyimi istəyir".Qeyd edək ki, Misli Premyer Liqasının ikinci turunda "Turan Tovuz" "Araz-Naxçıvan"a məğlub olub. 1:2

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
sport24.az

1Источники