RU

Bakı-Böyük Kəsik sahəsinin rəqəmsallaşdırılması qatarların sürətini və hərəkətin təhlükəsizliyini artırıb

Moskva, 26 avqust, AZƏRTAC

Rusiyanın “Natsproektstroy” şirkətlər qrupu Bakı-Böyük Kəsik hissəsində Azərbaycan və Gürcüstan arasında dəmir yolu dəhlizinin rəqəmsallaşdırılması üzrə işləri başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, “Natsproektstroy”a daxil olan “1520 Siqnal” şirkətinin mütəxəssisləri beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Böyük Kəsik xəttində qatarların hərəkətinə nəzarətin rəqəmsallaşdırılmasını tam başa çatdırmaqla Ucar-Hacıqabul dəmir yolu hissəsini müasir avtomatlaşdırma ilə təchiz ediblər.

Yolun rəqəmsallaşdırılmış hissəsində sərnişin qatarlarının sürəti saatda 100 kilometrdən 140 kilometrə, yük qatarlarının sürəti isə saatda 80 kilometrdən 120 kilometrə yüksələcək. Qatarlar arasında interval xeyli - 20 dəqiqədən 8 dəqiqəyə qədər azalacaq. Artıq altı stansiyanın dispetçerləri məsafədən 19 keçid və 120-dən çox açar və işıqforu dəyişdirə, marşrutları təyin edə və avadanlıqların parametrlərinə nəzarət edə biləcəklər.

“Natsproektstroy” şirkətinin baş direktorunun kommersiya üzrə müavini Dmitri Bolotski qeyd edib ki, layihə sifarişçi “Azərbaycan Dəmir Yolları” QSC-nin nəzdində Azərbaycanın “Rail Trans Service” şirkəti ilə birgə həyata keçirilib. Onun sözlərinə görə, müasir həllərin tətbiqi daşımaların sürətini, səmərəliliyini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
44
1
azertag.az

2Источники