RU

Laçında tanınmış rəssamın “31 il sonra” adlı ilk fərdi sərgisi açılıb

Laçında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yurd” qalereyasında tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı ilk fərdi sərgisi açılıb.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynovla yanaşı, nazirlik nümayəndələri, eləcə də mədəni-ictimai xadimlər, rayon sakinləri iştirak ediblər.

Sərgidə təqdim olunan əsərlər rəssamın “Laçın etüdləri” ilə başlayan, uzun illər Vətən həsrəti ilə davam edən və bu gün azad olunmuş torpaqların dirçəlişindən ilhamlanan sənət yolunu əks etdirir.

Ekspozisiya ziyarətçilərə Laçının təbiətini, incəsənətini və Qarabağ ruhunu yaxından hiss etmək imkanı yaradır. Yusif Mirzənin əsərləri incəsənətin gücü ilə tariximizlə bu günümüz arasında möhtəşəm bir körpü qurur.

Sərgi zamanı Yusif Mirzə jurnalistlərə açıqlamasında Laçında sərgisinin açılışının olmasını böyük fəxarət hissi ilə qarşıladığını deyib.

“Burada həm işğal altında olan zaman təxəyyülümdə, xəyalımda canlandırdığım Laçın var, həm də azad olunduqdan sonra yenidən dirçələn Laçın”, - o bildirib.

Sərgi 29 avqusta qədər davam edəcək.

Избранный
28
4
report.az

5Источники